Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Təkfirçi terror təşkilatı İŞİD-in rəhbəri Əbu Bəkr əl-Bağdadi İraq ordusu və xalq qüvvələrinin Tiqritə qarşı bir neçə gün əvvəl başlayan əməliyyatlarında İŞİD təşkilatının ağır itki verdiyini etiraf edib.
FaktXəbər-in məlumatına görə, terror təşkilatına bağlı "əl-Xilafə" radiosu vasitəsilə mesaj yayımlayan Əl-Bağdadi Tiqritdə İŞİD-in ağır məğlubiyyət almasına səbəb kimi ən əhəmiyyətli faktorun İŞİD-çilərin əhval-ruhiyyələrinin aşağı olması olduğunu bildirərək, xadimlərdən əhvallarını yüksək tutmalarını istəyib.
Bu arada İŞİD sözçüsü Əbu Məhəmməd əl-Adnani də İŞİD təşkilatının İraq və Suriyada ağır məğlubiyyətlər aldığını etiraf edərək, həmin iki ölkədə İŞİD-in hədəflərinə çata bilmədiyini, buna görə də terrorçuların Qərbi Afrikaya üz tutmalarını istəyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır