Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
İraq kürd regional rəhbərliyinin Peşmərgə gücləri Kərkükün cənubunda bu gün səhər saatlarında İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb.
Peşmərgə gücləri hücumun ilk mərhələsində Kərkük ətrafındakı Murre kəndinə nəzarəti təmin edib.
Hazırda Peşmərgə güclərinin bölgədəki digər iki kəndə doğru irəlilədiyi bildirilir. Xəbərdə həmçinin İŞİD-in Kərkükün cənubundakı kəndlərdən geri çəkildiyi deyilir.
Qeyd edək ki, Peşmərgə gücləri ötən həftə Kərkükdə əməliyyata başlayıb. Bu müddət ərzində bəzi strateji yaşayış məntəqələri azad olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır