13 mart 2015 - 02:48
Bağdadidən amansız qərar

İŞİD-in rəhbərliyi təşkilatın üzvlərindən yaralı yoldaşlarını öldürməsini istəyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD-in rəhbərliyi təşkilatın üzvlərindən yaralı yoldaşlarını öldürməsini istəyib

Bu Tikrit ətrafında öldürülən İŞİD üzvünün üzərindən götürülən bir sənədlə ortaya çıxıb.

Təşkilat rəhbərliyinin belə bir göstəriş verməsinin səbəbi ilə İraqın Mosul və Anbar vilayətlərində yaralıların müalicəsi üçün lazımı imkanlarının olmaması və dərman çatışmazlığı göstərilir. Öldürülən İŞİD üzvünün üzərindən çıxan sənəd İraq kürd regional rəhbərliyinin keçmiş baş naziri Berhan Salehə məxsus “Xəndan” adlı internet saytında yayımlanıb.

Sənədin üzərində terror təşkilatının möhürü var.                 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər