12 mart 2015 - 16:41
Əmmar Həkim: İran İraqın kənarında İŞİD əleyhinə döyüşür

İraq Ali İslam Məclisinin sədri deyib: "Beynəlxalq Koalisiya"ya üzv ölkələrin heç bir işi görmədən yalnız hərbi vizuallıq nümayiş etdirdikləri bir halda, İran İraq xalqının yanında İŞİD terrorçuları ilə döyüşür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ali İslam Məclisinin sədri deyib: "Beynəlxalq Koalisiya"ya üzv ölkələrin heç bir işi görmədən yalnız hərbi vizuallıq nümayiş etdirdikləri bir halda, İran İraq xalqının yanında İŞİD terrorçuları ilə döyüşür.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Seyid Əmmar Həkim ötən gecə Bağdadda Ali Məclisin həftəlik mədəni konfransında etdiyi çıxşında "Beynəlxalq Koalisiya"nın İŞİD əleyhinə funksiyasını tənqid edərək deyib: Terrorçuların İraqda vəhşiliyi və təhlükələrini nəzərə aldıqda "Beynəlxlaq Koalisiya"nın işində ciddilik görünmür. Onlar bu önəmli məsələyə elə bir formada yanaşırlar ki, sanki adi bir silahlı toqquşma ilə qarşılaşıblar və nəticədə zaman və fürsətdən danışırlar.

Əmmar Həkim əlavə edib: Onlarla ölkə "Beynəlxalq Koalisiya"ya qoşulduğunu elan edib. Lakin təəssüflər olsun ki, bu ölkələrin iştirakı simvolik iştirakdır. Sanki bir hərbi paradda iştirak edirlər.

İranın İraqda terrorizmlə mübarizədəki roluna toxunan Əmmar Həkim deyib: Bəziləri İranın bu sahədəki roluna şübhə ilə yanaşırlar. Lakin fikrimizcə, İran İslam Respublikası iraqlıların müraciətinə İraqın hər bir yerində heç bir şərt və siyasi məsələni nəzərə almadan müsbət cavab verib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər