11 mart 2015 - 02:31
İŞİD-in yeni hədəfi

Vitter, Feysbuk və İnstaqram kimi sosial şəbəkələrdən etdiyi çağırışa əsasən, sıralarına 20 minə yaxın döyüşçü cəlb edən İŞİD təşkilatı bu dəfə kütlə hədəfini genişləndirib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Vitter, Feysbuk və İnstaqram kimi sosial şəbəkələrdən etdiyi çağırışa əsasən, sıralarına 20 minə yaxın döyüşçü cəlb edən İŞİD təşkilatı bu dəfə kütlə hədəfini genişləndirib. 

  Terror təşkilatı üzvləri bu dəfə yayımladıqları videoda kar və lallara çağırış edib. Onlar eşitmə və danışma qüsuru olan insanlara çağırış üçün sıralarında olan iki lal insandan istifadə edib.   6 dəqiqəlik videoda kar və lal olduqları deyilən iki şəxs qüsurlu insanlara işarələrlə çağırış edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər