Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Silahlı Qüvvələri Könüllü Dəstələrin köməkliyi ilə, bir həftə davam edən qızğın döyüşlərdən sonra Təkritin darvazalarına yaxınlaşıb.
İraq kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, artıq İraq Hizbullah Qüvvələri Səlahəd Din əyalətinin Mukeyşifə şəhərini azad edərək, Əl Elm və Əlbu Uceyl şəhərlərini də tamamilə mühasirəyə alıb.
Mukeyşifə şəhərinin azad edilməsi ilə, Samirra şəhərinin İraqın şimal məntəqəsinə çıxış yolu tam təhlükəsiz olub. Əl Elm və Əlbu Uceyl şəhərlərinin isə dörd tərəfdən mühasirəyə alınması ilə, yüzlərlə qaniçən sələfi çıxılmaz tələyə düşüblər.
Mühasirəyə alınmış Təkrit şəhərindən isə, gələn xəbərlərdə deyilir ki, terrorçular İraq Silahlı Qüvvələrinin irəliləyişlərinin qarşısını almaq üçün sivil vətəndaşlardan canlı qalxan kimi istifadə edirlər. Buna görə də, İraq Milli Ordusu vətəndaşların həyatlarını azad etmək məqsədi ilə, artıq əməliyyatlara başlayıb.
Reuters Agentliyinin Səlahəd Din əməliyyatı haqda verdiyi məlumatda belə bildirilib: “Döyüş meydanında Təkrit əməliyyatının əsas dəstəkçisi məhz Tehran generalları və İran İslam Respublikasının dəstək verdiyi İraq Könüllü Dəstələridir.”


















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır