Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün hələlik adını açıqlamayan bir silahlı terror qruplaşması Liviyanın Sert məntəqəsindəki neft yataqlarına hücuma keçərək bir neçə saat döyüşdən sonra bölgəni işğal etdiyini açıqlayıb.
Döyüşdə neft yataqlarının mühafizəçilərindən 10 nəfəri həlak olub. Onlardan 4 nəfəri döyüşlərdə həlak olmuş qalan 6 nəfər isə məntəqə terrorçu dəstənin işğal edilməsindən sonra azğın sələfilər tərəfindən edam edilmişdir.
Xatırladaq ki, Liviyanın qeyd olunan neft yatağı ölkənin ən əhəmiyyət daşıyan enerji sahələrindən biridir ki, Fransanın Total şirkəti də bu yataqlarda sərmayə yatırdıb.
Qeyd edək ki, yaraqlıların belə bir əməliyyatı həyata keçirmələri məhz Afrikada “Boko Haram”, Suriya və İraqda “İŞİD”, Əfqanıstan və Pakistanda isə, “Taliban və Sepahe Səhabə” terror qruplaşmalrı əleyhinə olunan maddi təzyiqləri aradan qaldırmaq üçündür.
Hələlik məntəqənin nəzarəti haqda tam dəqiq məlumat yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır