4 mart 2015 - 02:27
Obama İsrailin baş naziri Netanyahunun çıxışını tənqid edib

"İsrailin baş naziri Binyamin Netanyahu Konqressdə çıxışı zamanı İran ilə onun nüvə proqramına dair saziş əldə etmək istəyən "altılıq" ölkələrinə heç bir alternativ plan təklif etməyib".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ​Obama İsrailin baş naziri Netanyahunun çıxışını tənqid edib

"İsrailin baş naziri Binyamin Netanyahu Konqressdə çıxışı zamanı İran ilə onun nüvə proqramına dair saziş əldə etmək istəyən "altılıq" ölkələrinə heç bir alternativ plan təklif etməyib".              

Bu bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İran hakimiyyəti ilə beynəlxalq sanksiyaların yumşaldılması müqabilində nüvə proqramının dayandırılmasına imkan yaradacaq saziş əldə etməyə çalışır.

Netanyahu isə Konqressdə çıxışı zamanı bildirib ki, Tehranla sənədin imzalanması İrana sanksiyalar aradan qaldırıldıqdan sonra tez bir zamanda nüvə silahı yaratmaq imkanı verəcək. Çünki İranın iri nüvə infrastrukturu hələ də, qalmaqdadır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər