Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikalı kamikadze onlarla İraq əsgərini öldürdü
Amerikalı kamikadze İraqın Samara şəhərinin ətrafında hökumət güclərinə qarşı terror aktı təşkil edib.
Bu barədə İŞİD terror təşkilatına yaxın olan radiostansiyadan bildiriblər.
Terror təşkilatının yaydığı məlumata görə, hadisə nəticəsində onlarla İraq əsgəri həlak olub. Hadisə hələ rəsmi şəkildə təsdiq edilməyib. Məlumat təsdiqlənərsə, bu İŞİD-in sıralarında özünü partladan ilk amerikalı kamikadze olacaq.
ABŞ hakimiyyətinin məlumatına görə, Amerikanın təxminən 150 vətəndaşı İŞİD-ə qoşulmaq üçün İraq və Suriyaya yola düşüb. Onlardan təxminən 40-nın ölkəyə qayıtdığı bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır