3 mart 2015 - 02:40
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

Bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD” terrorçu qruplaşmasının silahlıları Liviyada iki neft yatağına hücum edib

Bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.

“Silahlılar Mabruk və Əl-Bahi neft yataqlarını intensiv atəşə tutublar. Nəticədə yataqları Əs-Sidr limanı ilə birləşdirən neft kəməri zədələnib”, deyə Ə.Xasi bildirib.

Onun sözlərinə görə, hazırda adıçəkilən bölgədə döyüşlər gedir, dəymiş ziyanın miqdarını müəyyən etmək hələlik mümkün deyil.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər