23 fevral 2015 - 02:41
İŞİD peşmərgə silahlılarını qəfəsə saldı

İŞİD İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzaninin təhdidinə cavab olaraq peşmərgələrin yer aldığı yeni bir video yayımlayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzaninin təhdidinə cavab olaraq peşmərgələrin yer aldığı yeni bir video yayımlayıb

Qəfəslərə salınan peşmərgələrin narıncı paltar geyindiyi görünür.

Peşmərgələr videonun sonunda isə diz çökdürülmüş halda yan-yana dayanıblar. İŞİD tərəfindən yayılan əvvəlki videoda da girov götürülən peşmərgələr qəfəslərin içində idi.

Videoda danışan bir İŞİD üzvü “Savaşımız kürd mənşəli müsəlman xalqa deyil, kafirlər və onların xain agentlərinə qarşıdır” deyir. İŞİD-in əlindəki peşmərgələrin sayı dəqiq məlum deyil.

Xatırladaq ki, Məsud Bərzani girov peşmərgələrin öldürüləcəyi halda bunun cəzasının çox ağır olacağını bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər