18 fevral 2015 - 03:04
Məktəblərdə hicaba qadağa qoyuldu

İtalyanın şimalındakı bir neçə məktəbdə hicab geyinmək qadağan olunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İtalyanın şimalındakı bir neçə məktəbdə hicab geyinmək qadağan olunub

məktəb rəhbərliyi qadağanı “İŞİD” terror təşkilatının hərəkətlərindən sonra müsəlmanlara qarşı artan qəzəblə izah edib.

Lisey səviyyəsində təhsil verən texniki məktəblərin müdiri Aldo Duri hicab qadağası ilə bağlı elanında “Dünyəvi və şagirdlərin inanclarına qarışmayan bir italyan məktəbi olaraq dini inancların simvollarının nümayiş etdirilməsinə icazə verməyəcəyik. Çünki bu, bir təxribat kimi qəbul edilə bilər. Müsəlman qızların başlarını və bəzən də üzlərini bağladıqları yorğan kimi” deyib.

Hicab qadağası bölgədəki 6 məktəbdə tətbiq olunacaq.       

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər