15 fevral 2015 - 02:40
Türkiyədə terror həyacanı: partlayıcı zərərsizləşdirildi

Türkiyənin Şanlıurfa vilayətində polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə yüklənmiş avtomobil zərərsizləşdirilib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin Şanlıurfa vilayətində polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə yüklənmiş avtomobil zərərsizləşdirilib.

AzərTac xəbər verir ki, vilayət rəsmilərinin bildirdiyinə görə, terror törətmək cəhdində şübhəli bilinən beş nəfər həbs olunub.

Xatırladaq ki, fevralın 13-də Suriya ilə sərhəddə yerləşən Şanlıurfa vilayətinin Suruç qəsəbəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun uzaqdan idarəetmə ilə işə salınması nəticəsində 3 polis əməkdaşı yaralanmışdı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər