Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigerdə "Boko Haram"ın lideri həbs olunub
Niger təhlükəsizlik orqanları bazası Nigeriya ərazisində yerləşən "Boko Haram" radikal terror qruplaşmasının əsas komandirlərindən brini həbs edə bilib.
TASS-ın yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, Kaka Bunu ölkənin cənub-şərqində yerləşən Daffa vilayətində saxlanılıb.
İstintaqın məlumatına görə, o Daffada qruplaşmanın maliyyə direktoru vəzifəsini icra edib, həmçinin gənclərin terror qruplaşmasına cəlb edilməsinə rəhbərlik edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır