Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA:Azərbaycanlı influenserlər sosial şəbəkələrdə aktiv şəkildə Emin Ağalarovun kazinosunu reklam etməyə başlayıblar. Amma bu reklamlar onun keçmiş qayınatası olan əliyevlər sülalə rejiminin başçısı, yəhudi sövdalı İlham Əliyev haqqında illərdir müzakirə olunan kazino iddialarını hələlik kölgədə qoya bilməyib.
Söhbət 1998-ci ildə İlham Əliyevin qumarda külli miqdarda pul uduzduğuna dair yayılan məlumatlardan gedir. Bundan sonra atası Heydər Əliyevin göstərişi ilə Azərbaycanda kazino fəaliyyətinə son qoyulmuşdu.
Həmin illərdə SOCAR-ın vitse prezidenti vəzifəsini tutan İlham Əliyev ANS-ə müsahibəsində kazinoda uduzmasilə bağlı iddiaların ABŞ-də siyasi mühacirətdə yaşayan Rəsul Quliyev tərəfindən yayıldığını bildirmişdi.
Heydər Əliyevin imzaladığı sərəncamda isə ittiham olunan Azərbaycanın o zamankı xarici işlər naziri Həsən Həsənovla kazinonun sahibi türkiyəli iş adamı Mustafa Lütfi Topal idi.
Sənəddə qeyd edilirdi ki, Həsən Həsənovun təşəbbüsü ilə tikilən və kazinonun yerləşdiyi Avropa mehmanxanasının fəaliyyəti araşdırılmalı, məkan Türkiyənin “İmperial” şirkətinin idarəçiliyindən geri alınmaldır.
Bu sərəncamdan sonra Azərbaycanda kazino mövusuna birdəfəlik son qoyuldu, kazino bağlandı, onun sahibi Mustafa Topal isə Türkiyədə maşınında gülləbaran edilərək öldürüldü.
Hazırda Əliyevin Azərbaycanda yarımçıq qalan kazino arzusunu keçmiş kürəkəni Emin Ağalarov çiçəkləndirir. Əliyev kazino quruculuğunda atasından ala bilmədiyi siyasi dəstəyi indi nəvələrinin atası Emin Ağalarova göstərir.
Bəs Azərbaycan kimi bir ölkədə kazino biznesindən qazanan dövlət büdcəsi olacaq, yoxsa prezidentin ailəsi?
Ətraflı: videoda
Sizin rəyiniz