13 fevral 2015 - 11:31

Myanma ordusu ilə qiyamçılar arasında gedən toqquşmalarda 50 hərbçi həlak olub. Bu barədə rəsmi informasiya vasitələri məlumat verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma-Çin sərhəd məntəqəsində toqquşmalar davam edir

Myanma ordusu ilə qiyamçılar arasında gedən toqquşmalarda 50 hərbçi həlak olub. Bu barədə rəsmi informasiya vasitələri məlumat verib.

Fransa Xəbər Agentliyinin verdiyi məlumata görə, "Nyu Layt of Myanma" qəzeti bugünkü sayında yazır: 9 fevral 2015-ci il tarixindən başlanan toqquşmalarda indiyə kimi 43 hərbçi həlak olub, 73 nəfər də yaralanıb. Həmçinin, 5 hərbi texnika məhv edilib.

Son aylar Çin il sərhəd məntəqədə yerləşən Şan və Kaçin vilayətlərində toqquşmaların davam etməsi, Myanma dövlətinin atəşkəsin bərqərar edilməsində aciz olması barədə fikirlərin güclənməsinə səbəb olub.

Myanma dövləti 1948-ci ildə İngiltərənin müstəmləkəçiliyindən xilas olduqdan sonra, daim mərkəzi hökumət ilə azlıqlar arasında toqquşmaların şahidi olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər