Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Slahlı Qüvvələri və xalq kütləsindən ibarət Könüllü Dəstələr Mosul yaxınlığındakı bir neçə şəhəri azad edərək Mosul şəhərini terrorçu ünsürlərdən tamami ilə azad etməyə hazırlaşırlar.
Məlumata görə, Peşmərgə Könüllü Dəstəsi Neynəva əyalətinin Mosul şəhərini üç cəhətdən mühasirəyə alıb. Həmçinin Mosulun cənubunda yerləşən və 6 ay terrorçu ünsürlərin işğalı altında qalan “Mosul Su Bəndi” də, azad edilib.


















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır