7 fevral 2015 - 03:03
Koalisiya qüvvələri ABŞ vətəndaşını öldürdü

İŞİD əsirliyində olan ABŞ vətəndaşı Suriyanın Rakka şəhərinə təşkil edilən hava hücumu nəticəsində həlak olub

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD əsirliyində olan ABŞ vətəndaşı Suriyanın Rakka şəhərinə təşkil edilən hava hücumu nəticəsində həlak olub.
Kayla Cin Müller adlı ABŞ vətəndaşının ölümü ilə bağlı xəbəri terrorçulara yaxın media orqanları sosial şəbəkədə yayıb.
Tvitterdə paylaşılan fotoşəkillərdə "Səlib koalisiyasının təyyarələri Rakka şəhəri yaxınlığında xalqın cümə namazı qıldığı zaman hava hücumu təşkil etdi. Bir saatdan çox davam edən hücumda Müller öldü", - sözləri işlədilib.
Xatırladaq ki, 26 yaşlı Müller humanitar yardım təşkilatında çalışırdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər