4 fevral 2015 - 03:09
Ebola virusundan ölənlərin sayı 9 minə çatıb

Qvineya, Liberiya və Syerra-Leonedə Ebola virusundan ölənlərin sayı 8959-a, yoluxanların isə sayı 22 444 nəfərə çatıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Afrikanın 3 ölkəsində Ebola virusundan ölənlərin sayı 9 minə çatıb

Qvineya, Liberiya və Syerra-Leonedə Ebola virusundan ölənlərin sayı 8959-a, yoluxanların isə sayı 22 444 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.

Yoluxanların əksəriyyəti – 10,7 min nəfəri Syerra-Leonedə qeydə alınıb. Son sutka ərzində bu ölkədə təhlükəli virusa 33 nəfər yoluxub. Ebola qurbanlarının çoxu – 3 700 nəfəri Liberiyanın payına düşüb.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər