1 fevral 2015 - 21:11
Seyyid Həsən Nasrullahdan Xəbərdarlıq: İsrail Gücümüzü Test etməyə cəhd etməsin - Foto

Seyyid Həsən Nəsrullah daha sonra deyib: ''İsrail Fələstində torpaqları və müqəddəsləri işğal etməklə yanaşı, İordan Çayının Qərb sahillərində 3 yəhudi şəhərciyi salması bəhanəsiylə ürəyi istədiyi hər şeyi etdi və Qəzzədə 52 gün davam edən dağıdıcı bir müharibə başlatdı. Orada ən vəhşi və görünməz cinayətləri işlədi. Qəzzanı mühasirədə saxlayır, müqəddəsata hücum edir, Məscidi Əqsanı ciddi bir şəkildə təhdid edir, minlərlə fələstinlini çox çətin şərait altında zindanlarda həbs edir. Suriyadakı döyüşü açıqca qızışdırır, təkfirçi terrorist qrupları Suriyanı və Suriya Ordusunu yox etmələri üçün dəstəkləyir. Hər kəsin gözü qarşısında Suriya torpaqlarını, Suriya hərbi bazalarını bombalayır. Müxtəlif bəhanələrlə Suriya torpaqlarını havadan bombardman edir. Livanda Şəba Fermalarını işğalı altında tutmaqla razı qalmır. Aya görəsən israil bəzi livanlıların müqəddəs saydığı 1701 saylı qərarı tanımırmı?''.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah, İsrail terrorçu rejiminin Suriyanın cənubunda Qüneytərədəki hücumunda həyatını itirən Hizbullah əsgərlərini anma mərasimində çıxış edib.

Seyyid Həsən Nəsrullah, qanunsuz israil rejiminin cinayətinə dərhal cavab verdiklərini ifadə edərək, terrorçu rejimə Müqavimət Hərakatının gücünü test etməməsinə xəbərdarlıq edib.

'' Bölgədəki bütün xalqlar və dövlətlər, ən azından 1948-ci ildən bəri İsrail adlı bir xərçəngdən ötəri acı çəkir. Bu xərçəng şişi, bu terrorist dövlət, təcavüzkar rejim, fəsadın, istikbar və zorakılığın simvoludur '' deyə Hizbullah Hərakatının Baş Katibi qeyd edib.

Seyyid Həsən Nəsrullah daha sonra deyib: ''İsrail Fələstində torpaqları və müqəddəsləri işğal etməklə yanaşı, İordan Çayının Qərb sahillərində 3 yəhudi şəhərciyi salması bəhanəsiylə ürəyi istədiyi hər şeyi etdi və Qəzzədə 52 gün davam edən dağıdıcı bir müharibə başlatdı. Orada ən vəhşi və görünməz cinayətləri işlədi. Qəzzanı mühasirədə saxlayır, müqəddəsata hücum edir, Məscidi Əqsanı ciddi bir şəkildə təhdid edir, minlərlə fələstinlini çox çətin şərait altında zindanlarda həbs edir. Suriyadakı döyüşü açıqca qızışdırır, təkfirçi terrorist qrupları Suriyanı və Suriya Ordusunu yox etmələri üçün dəstəkləyir. Hər kəsin gözü qarşısında Suriya torpaqlarını, Suriya hərbi bazalarını bombalayır. Müxtəlif bəhanələrlə Suriya torpaqlarını havadan bombardman edir. Livanda Şəba Fermalarını işğalı altında tutmaqla razı qalmır. Aya görəsən israil bəzi livanlıların müqəddəs saydığı 1701 saylı qərarı tanımırmı?''.

Livan Müqavimət Hərakatının Baş Katibi Nəsrullah daha sonra deyib: “İrqçi İsrail istədiyi hər kəsi, bölgədəki bütün dövlətləri, orduları və xalqları təhdid edə biləcəyini, gecə gündüz, istədiyi zaman hər yeri vura biləcəyini, istədiyi hər şeyi edə biləcəyini, heç bir problemlə qarşılaşmayacağını, ona maneə törədə biləcək heç bir şeyin olmadığını düşünür, amma artıq işlərin onların istədiyi kimi getmir. Çünki onlar Müqavimət Qüvvələrinin özlərinə cavab verəcək gücdə olduqlarını dərk edirlər.”

Seyyid Həsən Nəsrullah, sionist İsrailin Quneytrədəki hərbi cəhdinin cinayət olduğunu bildirərək deyib: ''Bu, Şəhid Abbas Musəvi və ailəsinə qarşı cənub Livanda edilən sui-qəsdin eynisidir ''.

“Bizim Suriyada şəhidlər verdiyimiz kimsə üçün gizli deyil. Biz onlarla fəxr edirik, onların sayəsində başımız dikdir. Biz onları Müqavimətin, Suriyadakı Qüds yolunun Şəhidləri olaraq görürük. İsrail bizim bu Şəhidlərimizin Suriyadakı digər şəhidlər kimi qələmə verərək özümüzü oyunun qaydaları baxımından rahat bir mövqe sərgiləyəcəyimizi düşündü ''- deyən Nəsrullah, işğal olunmuş ərazidə həyata keçirtdikləri anti-terror əməliyyatın terrorçu rejimin cinayətnə qarşı cavab olduğunu bildirib.

Nəsrullah, əl Nüsrə terror təşkilatının da sionist İsrail digər xarici qüvvələrin dəstəyi ilə Suriyada fəaliyyət göstərdiyini ifadə edərək bildirib: 'ünki, İsrail sərhədlərini onların yaralılarına açır, yaralılarını İsrail xəstəxanalarında müalicə etdirir. Netanyahu bu yaralıları şəxsən ziyarət etdi. İsraillilər bu xadimlərin orada tapılmasından heç narahatlıq hissi keçirtmirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags