30 yanvar 2015 - 04:19
Misirdə qanlı terror: 25 ölü

Məlumata görə, terrorçular avtomobilə quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Bundan başqa onlar şəhərə raket zərbələri endirib. Zərbələr nəticəsində hərbi baza, polis məntəqəsi və hərbçilərə məxsus yaşayış kompleksinə ciddi ziyan dəyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirdə daha bir qanlı terror akisyası baş verib. İsraillə həmsərhəd olan Sinay yarımadasındakı Əl Əriş şəhərində silahlıların hücumu nəticəsində 25 nəfər həlak olub.Misirdə

Həlak olanların çoxu Misir ordusunun hərbi qulluqçularıdır.

Məlumata görə, terrorçular avtomobilə quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Bundan başqa onlar şəhərə raket zərbələri endirib. Zərbələr nəticəsində hərbi baza, polis məntəqəsi və hərbçilərə məxsus yaşayış kompleksinə ciddi ziyan dəyib.

Bundan başqa Əl Əriş şəhərində naməlum silahlı şəxslər Misirin “Əl Ahram” dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər