29 yanvar 2015 - 13:52
Türkiyədən qaçırılan 5 min avtomobil İŞİD terrorçularına satılıb

Türkiyə ərazisindən qaçırılaran 5 min avtomobil Suriyada fəaliyyət göstərən İŞİD terrorçularına satılıb. Avtomobil qaçaqmalçıları şəbəkəsi Türkiyədən saxta nömrə və qeydiyyat sənədləri ilə qaçırdıqları avtomobilləri Türkiyə-Suriya sərhəddini keçərək İŞİD terrorçularına satıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Avtomobil qaçaqmalçılığı ilə məşğul olanlar Türkiyədən Suriyaya 5 min avtomobil keçirib İŞİD terrorçularına satıblar

Türkiyə ərazisindən qaçırılaran 5 min avtomobil Suriyada fəaliyyət göstərən İŞİD terrorçularına satılıb. Avtomobil qaçaqmalçıları şəbəkəsi Türkiyədən saxta nömrə və qeydiyyat sənədləri ilə qaçırdıqları avtomobilləri Türkiyə-Suriya sərhəddini keçərək İŞİD terrorçularına satıb.

Türkiyə Avtomobil İcarəsi Birliyinin məlumatına əsasən, saxta sənədlərlə avtomobil kirayə götürənlərin artıq "qara siyahı"sıda hazırlanıb. Hazırlanan siyahıda 2000 nəfərin adı qeyd olunub. Avtomobili icarəyə götürmək proseduru asan olduğundan cinayəktkar şəbəkə bundan məharətlə istifadə edərək, 5 mindən artıq avtomobili qaçaqmalçılıq yolu ilə Suriya ərazisinə keçirib. Təkcə Antalya ərazisindən 200 avtomobil qaçırılaraq 4,5 milyon dollar məbləğində sahibkarlara və vətəndaşlara maddi zərər vurub. Ən çox avtomobil qaçırılan şəhər isə Konya olub. Belə ki, Konya şəhərindən qaçırılan avtomobillərə GPS peyk izləmə cihazlarının quraşdırılmasına baxmayaraq, avtomobil qaçaqmalçıları avtomobilləri sərhəddən keçirməyə nail olublar. Qaçırılan avtomobillər çox ucuz qiymətə terrorçulara satılıb.

Qeyd edək ki, Türkiyə-Suriya sərhəddinin əksər hissələrində avtomobillərə baxış proseduru çox primitiv keçirilir və yaxud heç keçirilmir. Bundan istifadə edən cinayətkarlar və terrorçular Türkiyədən Suriyaya sərbəst şəkildə hərəkət edə bilirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər