Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropanın qorxduğu adamdan ilk qərar
Yunanıstanda növbədənkənar parlament seçkilərində qələbə qazanan Radikal Sol Koalisiyanın (SYRIZA) lideri Aleksis Çipras baş nazir kimi ilk qərarını verib.
Baş nazir Yunanıstanda bəzi nazirliklərin ləğvi və birləşdirilməsini nəzərdə tutan fərmanı Dövlət Şurasına təqdim edib.
Fərmanda yeni qurulacaq dörd “super nazirlik” yer alıb. Bu nazirliklərə geniş səlahiyyətlərin veriləcəyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır