Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, NATO-nun baş katibi Yens Stoltenberq yenidən Rusiyanı Ukraynanın şərqində separatçılara dəstəyini dayandırmağa çağırıb. O, rəsmi Moskvanı bir daha münaqişənin sülh yolu ilə həllinə səy göstərməyə səsləyib.
Baş katib Ukraynanın şərqində qiyamçıların məhz Rusiya tərəfindən hərtərəfli təchiz olunduğunu vurğulayıb:“Münaqişənin sülh yolu ilə həlli barədə öhdəlik götürməsinə baxmayaraq Rusiya separatçılara dəstək verməkdə davam edir. Onlar təlim keçir, hərbi avadanlıq ayırır.
Son həftədə Rusiya qiyamçılara yüzlərlə raket sistemləri, ağır artilleriya, maşınlar, tanklar, elektron sistemli hərbi ləvazimat verib. Biz Rusiyanı separatçılara dəstəyi dərhal dayandırmağa, Ukraynanın stabilliyini pozmamağa və öz beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
27 yanvar 2015 - 03:07
Xəbər kodu: 667356
NATO-nun baş katibi Yens Stoltenberq yenidən Rusiyanı Ukraynanın şərqində separatçılara dəstəyini dayandırmağa çağırıb.