Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Sistani İraq xalqının səylərini alqışladı
Bədr Təşkilatının baş katibi deyib: Ayəutllah Sistani Diyalə vilayətinin azadlığı istiqamətində göstərilən səyləri alqışlayıb.
Əl-Məslə xəbər portalının məlumatına görə, Bədr Təşkilatının baş katibi Hadi Əl-Amiri bazar günü bildirib: Diyalə vilayəti stabilləşmişdir.
O, həmçinin qeyd edib ki, İraqın dini mərcəyi Ayətullah Sistani insanların əmlakının güclü şəkildə qorunmasının vacibliyini məsləhət görüb.
Əl-Amiri Diyalə vilayətində keçirilən mətbuat konfransında deyib: Qardaşlarımdan biri diqqətimi dini mərcə təqlidi Ayətullah Seyid Əli Sistaninin müraciətinə yönəltdi. Bu müraciətdə Diyalə vilayətinin İŞİD terror qruplaşması ünsürlərindən azad olunması üzrə ordu və könüllü qüvvələrin səyləri alqışlanır.
Diyalə vilayətində hərbi əməliyyata nəzarət edən Əl-Amiri bildirib: Diyalə hazırda stabilləşib və təhlükəsizlik qurumları təhlükəsizlik rolunu oynamalıdırlar. Çünki bundan sonra hərbi rol yoxdur.
Əl-Amiri bölgələrin partlayıcı maddələrdən, mənzillərin quraşdırılmış bombalardan və bağların İŞİD ünsürlərindən təmizlənməsi prosesinin sürətləndirilməsini vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır