Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-da iki cinayət hadisəsinin törədilməsində şübhəli bilinərək həbs edilən Cozef Sledgenin 38 ildən sonra günahsız olduğu aydınlaşıb
Şimali Karolina əyaləti tərəfindən Slengeye 750 min dollar təzminat ödənəcəyi bildirilib. Həyatının yarısından çoxunu günahsız yerə dəmir barmaqlıqlar arxasında keçirən Sledge azadlığı “möcüzə” kimi qiymətləndirib.
Qeyd edək ki, Şimali Karolinada yaşayan Josephine Davis və qızı Aileen Davis 1976-cı ilin sentyabrında ölü tapılmışdı. Sledge oğurlanmış bir arabada tutulduqdan sonra Şimali Karolinaya gətirilərək iki cinayətdə günahlandırılmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır