24 yanvar 2015 - 02:45
İraqda iki jurnalist öldürülüb

İraqda daha iki jurnalist öldürülüb.bu barədə “France-Presse” agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, İraqın Əl-Mikdadiya şəhərinə aviahücümlar nəticəsində yeddi nəfər həlak olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda daha iki jurnalist öldürülüb.bu barədə “France-Presse” agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, İraqın Əl-Mikdadiya şəhərinə aviahücümlar nəticəsində yeddi nəfər həlak olub.

Ölənlərdən iki nəfərinin jurnalist olduğu bildirilir. Bu məlumatı hakimiyyət orqanları təsdiqləyirlər.

Verilən məlumata görə, jurnalistlər Əl-Ghadeer telekanalının əməkdaşları olublar.

Aviahücümlar nəticəsində telekanalın daha iki əməkdaşı xəsarət alıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər