Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda daha iki jurnalist öldürülüb.bu barədə “France-Presse” agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, İraqın Əl-Mikdadiya şəhərinə aviahücümlar nəticəsində yeddi nəfər həlak olub.
Ölənlərdən iki nəfərinin jurnalist olduğu bildirilir. Bu məlumatı hakimiyyət orqanları təsdiqləyirlər.
Verilən məlumata görə, jurnalistlər Əl-Ghadeer telekanalının əməkdaşları olublar.
Aviahücümlar nəticəsində telekanalın daha iki əməkdaşı xəsarət alıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır