23 yanvar 2015 - 05:02
Qərb Tehran əleyhinə yeni sanksiyalara qarşı çıxdı

Avropanın dörd aparıcı ölkəsinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qərb İran əleyhinə yeni sanksiyalara qarşı çıxdı

Avropanın dörd aparıcı ölkəsinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıblar.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, nazirlərin bu çağırışının “Washington Post” qəzetində dərc olunması göstərir ki, çağırış ilk növbədə ABŞ Konqresinə ünvanlanıb.

Respublikaçıların nəzarətində olan Konqresin bir sıra millət vəkilləri Tehrana qarşı yeni sanksiyaların tətbiqini tələb edirlər.

Britaniyanın, Fransanın və Almaniyanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının xarici işlər komissarı bəyan edirlər ki, İrana qarşı yeni sanksiyalar bu ölkə ilə davam edən nüvə danışıqlarına zərbə vura bilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər