20 yanvar 2015 - 12:23
Al Monitor vebsaytı, Türkiyənin Suriyadakı İŞİD terrorçularını silahlandırılmasını ifşa edib.

Al Monitor portalının verdiyi məlumat asasən, Türkiyə milli kəşfiyyat təşkilatına aid üç yük maşınların yoxa çıxması barədə ordu tərəfindən aparılan tədqiqatlar nəticəsinin ifşa olunması, Türkiyə hökumətinin Əl-Qaidə qüvvələri, o cümlədən Suriyadakı İŞİD terrorçu qrupuna silah-sursat göndərməsini sübuta yetirir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Al Monitor ifşa edib: Türkiyə Suriyada İŞİD qrupunu silahlandırır

Al Monitor portalının verdiyi məlumat asasən, Türkiyə milli kəşfiyyat təşkilatına aid üç yük maşınların yoxa çıxması barədə ordu tərəfindən aparılan tədqiqatlar nəticəsinin ifşa olunması, Türkiyə hökumətinin Əl-Qaidə qüvvələri, o cümlədən Suriyadakı İŞİD terrorçu qrupuna silah-sursat göndərməsini sübuta yetirir.

Al Monitorun verdiyi məlumat aəsasən, tədqiqatlar göstərir ki, yük maşınları Suriya sərhədlərinə doğru hərkət etməzdən öncə, raket və avisiya üzrə silah-sursat daşıdıqları barədə faktlar yayımışdır.

Hesabatı hazırlayan Türkiyə Jandarma Komandirliyinin yüksək vəzifəli bir rəsmisi, türk yük maşınlarının Suriyadakı terrorçular üçün silah və hərbi sur-satlar daşıdığını bildirib.

Həmin məlumata əsasən,Türkiyə hökuməti bu faktın ifşa olunması qarşısında, məhkəmə qərarı əsasında ölkə medialarına Türkiyənin İŞİD terrorçularına hərbi yardımların edilməsi barədə hər bir məlumatın işıqlandırılmasına qadağa qoymuşdur.

Türkiyə prezidenti Rəcəb Təyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu dəfələrlə bildirmişdilər ki, qeyd edilən yük maşınları Suriya türkənlərinə humanitar yardımları daşıyırmışlar.

Həmçinin Türkiyə CHP-nin sədri Kamal Kılıçdaroğlu ötən gün bildirib ki, Türkiyə hökuməti Suriyada anti-humanitar cinayətlərə yol verib.

Türkiyə hökumətinin əsas müxalifəti sayılan Kılıçdaroğlu deyib: AK Parti hakim partiyasına bağlı olan Türkiyə hökuməti Suriyadakı terrorçu və cinayətkar qruplardan sui-istifadəyə yol verdiyi üçün anti-bəşər cinayətləri törədibdir.

Kamal Kılıçdaroğlu deyib ki, Türkiyə hökumətinin İŞİD, Əl-Nüsrə qruplarını silahlandırması və Fars Körfəzi kənarında yerləşən ölkələrin şexylərinin terrorçuları maliyyələşdirmələri, beynəlxlaq ictimaiyyətin reaksiya vermələri ilə üzləşib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər