19 yanvar 2015 - 15:10
ABŞ-ın İŞİD ilə savaşdığına necə inanmaq olar?

Ran Pal müəssisəsi yazır: Vaşinqtonun rəftarlarının İŞİD-i daha da gücləndirdiyi bir şəraitdə, ABŞ-ın İŞİD ilə savaşdığına necə inana bilərik?

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ran Pal müəssisəsi yazır: Vaşinqtonun rəftarlarının İŞİD-i daha da gücləndirdiyi bir şəraitdə, ABŞ-ın İŞİD ilə savaşdığına necə inana bilərik?

Bu internet portalı “Daniel Makadamz” tərəfindən qələmə alınmış bir təhlildə yazır: Ötən sentyabr ayında Amerika Suriya ərazisində İŞİD-dən daha təhlükəli olan “Xorasan Qrupu” adlı terrorçu qruplaşmanın fəaliyyət göstərməsini bəhanə edərək, Suriya dövlətindən icazə almamış bu ölkə ərazisini bombardman etdi.

Amerika bu hərəkəti ilə öz qanunları və beynəlxalq qanunları pozmuş oldu. Amma, daha sonra aydın oldu ki, “Xorasan Qrupu” əl-Qaidə terror şəbəkəsinə bağlı bir qrupdur və sadəcə yeni ad altında ətrafa dəhşət saçmağa başlayıb.

Ran Pal müəssisəsinin yazdığına görə, yeni təhdid Pentaqonun Suriyanı bombalaması üçün daha gözəl bir paketdə təqdim edilən yalan bir təbliğatdan başqa bir şey deyildi və sadəcə Amerikaya Suriyanı bombalaması üçün lazım olan bəhanəni vermiş olurdu.

Amerika İŞİD və onun düşmənləri ilə müxalifdir. Çoxları belə bir ziddiyyətin olmasından təəccüb içindədir. Məgər belə bir paradoks mümkündürmü? Bombardmanlar davam edir. İraq və Suriyada sivil insanlar ABŞ və NATO-nun bombalarından ölürlər. Necə ki, yanvar ayının əvvəllərində 50 sivil bu bombardmanlar nəticəsində həyatını itirdi. Pentaqon bu hücum barəsində heç bir məlumat verməmişdi və sadəcə medialar onun ifşa etmişdilər. Bu faciələrin ört-basdır edilməsi şübhəlidir.

ABŞ İraq və Suriyaya 5 mindən çox bomba atıb və bunun maliyə dəyəri 1 milyard dollardan çoxdur. Amma, İŞİD yaraqlıları hələ də irəliləməkdədirlər. Daha sonra, bu həftə “maska” tamamilə yırtıldı və həqiqət üzə çıxdı. Aydın oldu ki, sadəcə Suriya məsələsi gündəmdə imiş, İraq yox.

Ran Pal müəssisəsi sonda yazır: Bizə belə bir yalan əqidə sırınmaqdadır ki, biz orada terrorçularla savaşırıq ki, terrorçular bizim ölkəmizə gəlməsinlər. Amma, biz bir daha başa düşdük ki, onlar bura gəlirlər. Çünki, biz onların ölkələrində insanları minlərlə nəfərlik dəstələr formasında qırğın edirik. İstər birbaşa, istər dolayısı yolla. Əgər müdaxiləçilərin önünü kəsməsək, onlar bizim hamımızı ölümə verəcəklər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər