14 yanvar 2015 - 13:06
Əbubəkr əl-Bəğdadinin yaralandığı ehtimal olunur

İŞİD terror qruplaşması lideri Əbubəkr əl-Bəğdadinin yaralandığı barədə xəbərlər yayılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əbubəkr əl-Bəğdadinin yaralandığı ehtimal olunur

İŞİD terror qruplaşması lideri Əbubəkr əl-Bəğdadinin yaralandığı barədə xəbərlər yayılıb.

Əl-Ğəd Press xəbər portalının yaydığı məlumata görə, Əbubəkr əl-Bəğdadi Mosulun əl-Səlamiyə kəndində koalisiya qüvvələrinin mühasirəsinə düşüb və kəndi tərk edə bilmir.

Kəndə edilən hava hücumları zamanı İŞİD lideri və terror qruplaşmasının bir qrup yüksək səviyyəli komandanının yaralandığı bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər