Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın neft tankeri dəniz quldurlarından xilas edildi
-İran İslam Respublikası dəniz qüvvələrinin 32-ci gəmi qrupu Yəmən sahilləri yaxınlığında İranın bir neft tankerini dəniz quldurlarından xilas edib.
Bu məlumata görə, Yəmənin cənub-şərqində dəniz quldurlarının sürətli qayıqlardan ibarət bir qrupu İranın neft tankerinə yaxınlaşmaq və onu ələ keçirməyə cəhd göstərib. Lakin İran ordusu dəniz qüvvələrinin sayıqlığı ilə toqquşmadan sonra quldurlar hadisə yerindən qaçıblar.
İran ordusu dəniz qüvvələrinin 32-ci gəmi qrupu öz səlahiyyəti çərçivəsində 4 dəfə İran neft tankerlərini dəniz quldurlarının hücumundan xilas etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır