4 yanvar 2015 - 02:48
Avstraliyada meşə yanğınları 30-dan çox evi məhv edib

Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında yanğın 11 hektar meşə sahəsini məhv edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,  Avstraliyada güclü meşə yanğını tüğyan edir.
Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında yanğın 11 hektar meşə sahəsini məhv edib.
Bundan başqa,  adıçəkilən ərazidə artıq 30 ev tamamilə yanaraq külə dönüb. Adelaida  ətrafındakı yaşayış məntəqələrinin minlərlə sakini xüsusi sığınacaqlarda gecələməli olur.
Alovla mübarizəyə 2 min yanğınsöndürən, 14 təyyarə və helikopterlər cəlb olunub. Bölgədə külək əsdiyindən, yanğını nəzarət altına almaq hələ də mümkün olmayıb. Havaların həddindən artıq isti keçməsi də vəziyyətə təsir edir. Yanvarın 3-də Adelaida şəhərində havanın hərarəti 40 dərəcəyə çatıb.
Hesablamalara əsasən, bu, Cənubi Avstraliya ştatında son 30 ildə qeydə alınan ən məhvedici yanğındır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər