Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Respublikasının dəyərli Prezidenti cənab Bəşşar Əsəd 2015-ci yeni ili azğın terrorçular ilə ön cəbhədə vuruşan əskərlərin yanında qarşılayıb.
Ölkə Prezidenti Suriya Silahlı Qüvvələri ilə azğın terrorçu ünsürlərinin döyüşdükləri Cubər məntəqəsinə gedərək, suriyalı hərbiçilər ilə görüş keçirtmiş və onların düşmən qüvvələri ilə, apardıqları döyüşlərini yaxından izləmişdir.
Qeyd edək ki, digər ölkə prezidentlərinin isti saraylarda eyş- işrət ilə yeni miladi ilini qarşıladıqları təqdirdə Bəşşar Əsəd cənablarının ölkənin döyüş bölgəsinə gedərək düşmənlər ilə döyüşən əskərlərin səngərlərində yeni ili qarşılaması bütün dünyada sər-səda yaradıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır