26 dekabr 2014 - 03:28
Bakı Tibb Universitetinin diplomunu İran təsdiqləmir

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri deyir: Hələlik Bakı Tibb Universitetini bitirmiş iranlı tələbələrin diplomunun etibarı yoxdur və bu nazirlik tərəfindən təsdiqlənmir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı Tibb Universitetinin diplomunu İran təsdiqləmir

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri deyir: Hələlik Bakı Tibb Universitetini bitirmiş iranlı tələbələrin diplomunun etibarı yoxdur və bu nazirlik tərəfindən təsdiqlənmir.

Bakı Tibb Universitetində təhsil alan iranlı tələbələrin təhsil vəziyyətinin araşdırılması məqsədilə Azərbaycan Respublikasına səfər edən İran Xarici İşlər Nazirliyinin ölkədən xaricdəki iranlıların məsələləri üzrə şöbəsinin baş direktoru Seyid Kazım Səccadi və İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin qiymətləndirmə şöbəsinin baş direktoru Doktor Əkbəri bu universitetin iranlı tələbələri ilə görüşərək Azərbaycan Respublikası universitetlərində təhsilin vəziyyəti barəsində onların fikirlərini dinləyiblər.

İran Xarici İşlər Nazirliyinin ölkədən xaricdəki iranlıların məsələləri üzrə şöbəsinin baş direktoru Bakıda Səhər telekanalı müxbiri ilə müsahibədə əlavə edib: Bakı Tibb Universiteti tərəfindən verilən diplomların etibarlılığı barəsində araşdırmaların nəticələri ilin sonuna qədər elan olunacaq.

Hazırda bir qrup İran vətəndaşı Azərbaycan Respublikasının Tibb Universitetində həkimlik, stomatoloq və əczaçılıq fakültələrində təhsil alır. İranın Səhiyyə Nazirliyi bildirib ki, bu universitetin diplomları təsdiqlənmir.

Azərbaycan Tibb Universitetinin rəsmiləri iddia edirlər ki, bu universitetin təhsili beynəlxalq standartlara uyğundur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər