23 dekabr 2014 - 14:23
Pişmərgə döyüşçüləri qondarma “İŞİD” adlı terrorçuları Səncar şəhərində küncə sıxıblar – Foto

İraqın şimal məntəqəsində Dəclə bölgəsi üzrə Pişmərgə hərbi qüvvələrinin komandiri Zəim Əli “Rudov TV” kanalına verdiyi açıqlamasında: “Hal hazırda Səncar şəhərində atışmalar dayanıbdır. Şəhərdə sakitçilik hökm sürür. Peşmərgə döyüşçüləri səngərləri möhkəmlətməklə məşğuldurlar. Biz yaraqlılara qarşı hücuma keçmək üçün yeni planlar hazırlayırıq”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda qondarma “İŞİD” adlı terrorçulara qarşı gedən döyüşlər davam edir.

Şanqal (Səncar) şəhərində ABŞ, Qərb, qanunsuz israil rejimi, Türkiyə Səudi Ərəbistan və Qətərin dəstək verdiyi sələfilərə qarşı üç gün öncədən davam edən döyüşlərdə İraq kürdlərinin Peşmərgə döyüşçüləri şəhərin 30 %-ni ələ keçirdiblər.

Allahsız yaraqlılara qarşı gedən qızğın döyüşlərdə Peşmərgə döyüşçüləri vəhhabi yaraqlılarını şəhərin bir küncünə sıxmağa nail olublar.

İraqın şimal məntəqəsində Dəclə bölgəsi üzrə Pişmərgə hərbi qüvvələrinin komandiri Zəim Əli “Rudov TV” kanalına verdiyi açıqlamasında bildirib: “Hal hazırda Səncar şəhərində atışmalar dayanıbdır. Şəhərdə sakitçilik hökm sürür. Peşmərgə döyüşçüləri səngərləri möhkəmlətməklə məşğuldurlar. Biz yaraqlılara qarşı hücuma keçmək üçün yeni planlar hazırlayırıq”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır