22 dekabr 2014 - 02:48
İraqdan son xəbər: "Muxtar Ordusu"nun rəhbəri avtomobilində partladıldı

Xəbərə görə, "Muxtar ordusu" adlı silahlı təşkilat yaradan seyid Vəsaq Bəttat bir neçə saat əvvəl İraqın Diyalə bölgəsində öz avtomobilinə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Hizbullah"ı kimi adlandırılan "Muxtar ordusu"nun rəhbəri terror nəticəsində həyatını itirdi
Xəbərə görə, "Muxtar ordusu" adlı silahlı təşkilat yaradan seyid Vəsaq Bəttat bir neçə saat əvvəl İraqın Diyalə bölgəsində öz avtomobilinə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.
Sui qəsd haqda İraqın hüquq mühafizə orqanları açıqlama veriblər.
Xəbərlə bağlı əlavə məlumat verilmir.
Qeyd edək ki, "Muxtar ordusu" adlı silahlı təşkilat yaradan seyid Vəsaq Bəttat İraq höküməti ilə də, bəzi problemləri olmuş, bir neçə dəfə həbs edilmişdi. Azad edildikdən sonra isə, Bəttat Kuveyt və Səudiyyə Ərəbistanını dəfələrlə hədələmişdi. Hətta mediada onun tərəfdarlarının Səudiyyə Ərəbistanına minaatanlardan atəş açmasıyla bağlı xəbərlər də yayılmışdı. Bununla bağlı sosial mediada İŞİD adından qısa açıqlama yayılaraq bu sui-qəsdin məhz İŞİD-in həyata keçirdiyi qeyd edilib. İraq hüquq mühafizə orqanları terrorun İŞİD tərəfindən həyata keçirildiyini təsdiqləməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər