19 dekabr 2014 - 02:58
İŞİD-ə ağır zərbə: 100 ölü

Bu barədə muxtariyyətin Milli Təhlükəsizlik Şurasının başçısı Masrura Barzani bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şimali İraq kürd muxtariyyətinin Peşmərgə qüvvələri “İslam Dövləti”nin döyüşçüləri tərəfindən mühasirəyə alınmış Sincar dağ silsiləsinin böyük hissəsinə nəzarəti ələ keçirib.
Bu barədə muxtariyyətin Milli Təhlükəsizlik Şurasının başçısı Masrura Barzani bildirib.
Barzaninin sözlərinə görə, Peşmərgə qüvvələri İŞİD-in 100-ə qədər döyüşşçüsünü öldürüb və böyük ərazini nəzarət altına alıb. “Hazırda dəhliz açılıb və mən ümid edirəm ki, Sincar dağının qalan hissəsi də İŞİD-dən azad ediləcək", - Barzani deyib.
Peşmərgə qüvvələri Sincar dağına hücuma dekabrın 17-də başlayıb. Kürd qüvvələri Sincarın azad edilməsindən sonra İŞİD-in nəzarətində olan Mosul və Tall-Afar istiqamətində hərəkət etmək niyyətindədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər