Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın "National Interest" jurnalı bildirir ki, Meksika narkotik maddə qaçaqçılığı ilə mübarizə çərçivəsində İrandan pilotsuz hava vasitələri alacaq.
İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri Əlaəddin Burucerdinin Meksikaya dörd günlük səfəri zamanı Meksika səlahiyyətlilərinin İrandan pilotsuz hava təyyarələrini almaq istədiklərini bildirib. Burucerdi bu təklifi rəsmi Tehrana məlumat verdiyini açıqlayıb və təklif dəyərlənidirilib, beləcə İranın pilotsuz təyyarələri ABŞ sərhədinə qədər çatacağı açıqlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır