Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün İran İslam Respublikasına rəsmi səfər edən Suriya Xarici İşlər Naziri Vəlid Müəllim Prezident Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani cənabları ilə görüşüb.
Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani cənabları bildirib: “Bu gün artıq hamıya bəlli oldu ki, bəzi ölkələrin terrorçu təşkilatlara dəstək verməkləri səmərəsiz və qanunsuz bir işdir. Belə dəstəklər yalnız Yaxın Şərqdə terror və radikallığın genişlənməsinə səbəb olur.”
İran İslam Respublikasının prezidenti daha sonra Suriyada əllərinə silah alan ünsürlərin etirazçı deyil məhz terrorçu olduqlarını vurğulayaraq bildirib: “Son aylarda baş verənlər bir daha dünya ictimaiyyətinə sübut etdi ki, Suriyada döyüşən silahlı ünsürlər terrorçulardır. Hətta bu gün onlara dəstək verən ölkələr də tutduqları mövqelərindən aram-aram geri çəkilirlər.”
Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani cənabları daha sonra vurğulayıb: “İran İslam Respublikası işğalçı sionist rejiminə qarşı mübarizədə həmişə Suriya xalqı və dövləti kənarında dayınb və bundan sonra da dayanacaqdır. Biz ümüd edirik ki, Suriya xalqının qələbəsi davam edərək sülh və sabitliyin bu ölkədə gerçəkləşməsinə gətirib çıxarsın.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır