10 dekabr 2014 - 02:46
Sünni tayfaları İŞİD-lə döyüşdən çəkildi

tayfanın liderlərindən olan Naim Əl-Kuud İŞİD-ə qarşı döyüşən tayfa üzvlərinə silah dəstəyinin təmin edilməsi üçün 3 gün vaxt verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Anbar vilayətindəterror təşkilatı İŞİD-ə qarşı mübarizə aparan El-Bu Nemr tayfası mərkəzi Bağdad hökumətinə xəbərdarlıq edib

tayfanın liderlərindən olan Naim Əl-Kuud İŞİD-ə qarşı döyüşən tayfa üzvlərinə silah dəstəyinin təmin edilməsi üçün 3 gün vaxt verib.

O, əks təqdirdə İŞİD-lə mübarizədən çəkiləcəyini bildirib. Kuud silah yardımı edilməyəcəyi halda Anbar vilayətindəki digər sünni tayfalarının da eyni addımlar ata biləcəyini deyib.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyası üzvü Məhəmməd Əl-Kerbuli isə bildirib ki, silah yardımı edilməməsi sünnilərə qarşı tələ qurulduğu anlamına gələ bilər. Vəziyyətin çox kritik olduğunu vurğulayan Kerbuli hökumətə dəhral tayfaların silahlandırılması çağırışı edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər