9 dekabr 2014 - 02:45
İndoneziyada iğtişaşlar nəticəsində 6 nəfər ölüb

İndoneziyanın şərqində, Papua əyalətinin Enoratali şəhərində baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, 20-dən çoxu xəsarət alıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İndoneziyada iğtişaşlar nəticəsində 6 nəfər ölüb

İndoneziyanın şərqində, Papua əyalətinin Enoratali şəhərində baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, 20-dən çoxu xəsarət alıb

Üsyançıların polis məntəqəsinə hücumundan sonra asayiş keşikçiləri odlu silahdan istifadə etməyə məcbur olublar.

Qeyd edək ki, ötən həftə Punçak-Caya dağı yaxınlığında separatçı “Azad Papua uğrunda” qruplaşmasının üzvləri İndoneziya polisinin iki xüsusi təyinatlısını qətlə yetiriblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər