8 dekabr 2014 - 02:31
Pakistanda Əlqaidə lideri öldürüldü

ölənlərdən birinin Əlqaidə teror təşkilatının lideri Ömər Faruk olduğu məlum olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ ordusunun pilotsuz təyyarəsi Pakistanda həyata keçirdiyi bombardman nəticəsində iki Əlqaidə üzvünün öldürüldüyü bildirilib.

ölənlərdən birinin Əlqaidə teror təşkilatının lideri Ömər Faruk olduğu məlum olub.

Əvvəllər Əlqaidənin Pakistan şöbəsinin sədri olan Ömər Faruk 2009-cu ildən Cənubi Asiya üzrə lider vəzifəsinə gətirilmişdi.

Xatırladaq ki, iki gün öncə Əlqaidənin ən fəal üzvlərindən biri, başına 5 milyon dollar qoyulan Adnan Şukricuma da Pakistanda öldürülmüşdü.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər