Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Rusiya-Türkiyə təbii qaz razılaşması Avropadakı İngiltərə-Amerika hegemonluğunu yıxacaq”.
bu açıqlama ilə amerikalı analitik Rik Stagenborq çıxış edib.
“Türkiyə və Rusiya ABŞ-ın Avropa hegemonluğunu yıxacaq”
O, Türkiyənin Rusiya ilə razılaşmaqla böyük riskə getdiyini bildirib:
“Avropa Birliyi və ABŞ-ın alçaldıcı davranışlarından sonra “qürurlu” Türkiyə Rusiyanın “qucağına” atıldı. Türkiyə bu qərara görə Qərb müttəfiqləri arasındakı mövqeyini riskə atdı. Rusiya-Türkiyə təbii qaz razılaşması Avropadakı İngilis-Amerika hegemonluğunu yıxacaq. Ərdoğan niyyətlərini tam açıqlamadığı üçün Qərbin Yaxın Şərqdə idarəçiliyi ələ keçirmək üçün etdiyi "Don Kixotluq" tez bir zamanda sona çatacaq. ABŞ "imperialist fırıldaqçılığın"ın nəticələrini çox tez bir zamanda anlayacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır