Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Məsud Cəzairi dünyanı şoka salacaq sənədlərdən bəhs edib. O bildirib ki, İŞİD terror qruplaşmasının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən qurulmasını sübut edən sənədlər var.
Cəzairi bildirib ki, İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın keçirdiyi hava əməliyyatları sadəcə görüntü xarakteri daşıyır. Çünki Qərb ölkələri terror qruplaşmasını silah və hərbi formalarla təmin edir.
İŞİD-lə mübarizədə Tehranın roluna toxunan Cəzairi İraqdakı terrorun kökünü kəsmək üçün İranın öhdəlilikləri çərçivəsində kömək etdiyini deyib.
İran sentyabr ayında ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün mümkün əməkdaşlıq təklifini rədd etmişdi və ABŞ-ın Yaxın Şərqdə sülhün əldə olunmasında səmimi olmadığını bəyan etmişdi.
Qeyd edək ki, Rusiya və İran kəşfiyyatı İŞİD sıralarında yüksək rütbəli komandirlərin bir çoxunun CİA ilə əməkdaşlıq etdiyini dəfələrlə bəyan ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır