2 dekabr 2014 - 17:06
İlham Əliyev erməni həmkarını ittiham etdi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev erməni həmkarı Serj Sərkisiyanın danışıqlar prosesində əldə olunan razılaşmalara sadiq qalmamasından narazılıq bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası prezidenti İlham Əliyev erməni həmkarı Serj Sərkisiyanın danışıqlar prosesində əldə olunan razılaşmalara sadiq qalmamasından narazılıq bildirib.

"Rossiya24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib :

“Bu il danışıqlar prosesində keçən illərlə müqayisədə daha da intensivlik müşahidə olundu. Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində aktiv iştirak ediblər.”

İlham Əliyev deyib : “İndiyə kimi heç vaxt belə olmamışdı. Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət elədi və bizimlə ikitərəfli və üçtərəfli müzakirə aparıldı. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər.”

İlham Əliyev təəssüf hissi ilə qeyd edib : “Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox hərbi texnika iştirak edib. Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər