Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İİR xarici işlər naziri deyib: İran xalqının hüququnun tanınması nüvə müzakirələrində anlaşmanın əldə olunması uğrunda yeganə yoldur
İran xarici işlər naziri Məhəmmədcavad Zərif bu gün Tehranda nüvə diplomatiyası konfransında bildirib: İranla nüvə müzakirələrində bütün tərəflər bu qənaətə gəlmişlər ki, İranla davranış yolu məntiq və anlaşmadır və İranın müzakirə komandası Vyanadakı son müzakirələrdə İranla əlaqədar tərəflərin yanlış davranış örnəyini dəyişmək üçün çox çalışdı.
İran xarici işlər naziri müzakirələrdəki çoxlu eniş-yoxuşlara toxunaraq əlavə edib: Vyana müzakirələrinin yekun bəyanatına əsasən bütün tərəflər bildiriblər ki, anlaşmaya çox yaxınlaşıblar. Belə ki bir çox müzakirəçi hiss etdi ki, əgər müzakirələr 2-3 gün davam etsə idi, tərəflər yekun çərçivəni əldə edə bilərdilər.
İslam İnqilabının Böyük Rəhbərinin buyuruqlarının müzakirəçi tərəflər üçün müzakirə örnəyi olduğunu bəyan edən zərif deyib: İranın sülhməramlı nüvə fəaliyyətlərinin strukturu hər bir anlaşmada qorunmuş və bu prosesə beynəlxalq ictimaiyyətlə əməkdaşlıqla ciddi şəkildə və modern texnologiyaların əldə olunması ilə izlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır