Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 15:30 radələrində Allahsız sələfi ünsürlərindən bir nəfəri nəqliyyat vasitəsinə quraşdırdığı bubi bombasını Hələbin şimal nahiyyəsində yerləşən əl-Zəhra şəhərində, Şiə hərbiçiləri daxilində partlatmaq istəyib.
Məlumata görə, Şiələrin ayığlığı sayəsində yaraqlı şəhərə yaxınlaşmazdan öncə təyin edilərək darmadağın edilib.
Hələb əyalətində Şiələrin kompakt yaşadıqları əl-Nubul və əl-Zəhra şəhərlərinin “Yerli Xalq Komitələri” bildiriblər ki, Nubul və Zəhra şəhərlərinə hücuma keçən ekstrimist “Nüsrə Cəbhəsi”nin bir qrup ünsürlərini yaxalayıblar.
Qeyd edək ki, bu gün, Suriya Hava Qüvvələrinin qırıcı təyyarələri Allahsız sələfilərdən təşkil olunan azğın “Nüsrə Cəbhəsinin” Nubul və Zəhra şəhərləri ətrafındakı bazalarına ağır zərbələr endiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır