22 noyabr 2014 - 13:47
Lavrov ABŞ və Qərbin əsas hədəfini açıqladı: “Qərbin məqsədi Rusiyada rejimi dəyişməkdir”

Rusiya xarici işlər naziri həmçinin Qərbin Rusiyaya qarşı va-bank gedib və Ukrayna əslində bəhanə tutduqlarını bildirərək deyib: “Biz ya tərəfdaş olmalı, ya bir-birimizin xirtdəyindən yapışmalı idik. Təəssüf ki, onlar ikinci yolu seçdilər və va-bank getdilər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ bu günlərdə xəbərdarlıq edib ki, Rusiyaya qarşı sanksiyalar gücləndirilə bilər. Obamanın belə bir qanunsuz çıxışı ilə bağlı Rusiya hakimiyyəti kəskin möbqe sərgiləyib.

Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada müdafiə və xarici siyasət Şurasının iclasında çıxışı zamanı bildirib: “Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədi rejim dəyişikliyidir”.

S.Lavrovun daha sonra deyib: “Şimali Koreya, İİR kimi ölkələrə sanksiya tətbiq edəndə elə edirdilər ki, sanksiyalar ancaq elitaya zərər vursun, sosial sferaya, iqtisadiyyata zərər yetirməsin”.

Rusiya xarici işlər naziri həmçinin Qərbin Rusiyaya qarşı va-bank gedib və Ukrayna əslində bəhanə tutduqlarını bildirərək deyib: “Biz ya tərəfdaş olmalı, ya bir-birimizin xirtdəyindən yapışmalı idik. Təəssüf ki, onlar ikinci yolu seçdilər və va-bank getdilər”.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır